Page 14 - shehidler
P. 14
Əliheydərov Sadiq Kamil oğlu - 24 oktyabr
1968-ci ildə Kürdəmir şəhərində anadan
olmuşdur. 5 noyabr 1993-cü ildə Qarabağa
yola düşdü. 9 yanvar 1994-cü ildə Füzuli
rayonunun Əbdürrəhmanlı kəndində ağır
döyüşlərdə qəhrəmancasına şəhid olub.
Sadiq Əliheydərovun məzarı Kürdəmir
rayonunun “Şəhidlər xiyabanı”ndadır.
Qədirov Seymur Sabir oğlu - 19 mart 1987-ci
ildə Kürdəmir şəhərində anadan olub. 13 may
2011- ci ildə Goranboy rayonunda şəhid olub.
Qədirov Seymurun məzarı Kürdəmir
rayonunun “Şəhidlər xiyabanı”ndadır.