Page 10 - shehidler
P. 10
Nuriyev Elnur Eyvaz oğlu – 22 avqust 1975-
ci ildə Zəngilan rayonunun Cahangirbəyli
kəndində dünyaya göz açmışdı. 1993-cü ildə
Hərbi xidmətə getdi. Füzuli, Ağdam, Tərtər
bölgələrində ağır döyüşlərdə iştirak edib.
Cavuş Elnur Nuriyev Gəncə şəhərində şəhid
olub. Elnura Azərbaycan Respublikasının Milli
qəhrəmanı adı verildi. Onu böyük təntənə ilə
Kürdəmir rayonunun “Şəhidlər xiyabanı”nda
dəfn etdilər.
Quliyev Mərdan Məmməd oğlu - 8 mart
1975-ci ildə Kürdəmir rayonunun Ərəbxana
kəndində dünyaya gəlmişdi. Könüllü cəbhəyə
getmişdir. Ağdərə, Laçın, Kəlbəcər
cəbhəsində döyüşüb. 26 yanvar 1994-cü ildə
Füzuli rayonunda gedən ağır döyüşlərdə
şəhid olub. Mərdan Kürdəmir rayonunun
“Şəhidlər xiyabanı”nda uyuyur.