Page 12 - Книга памяти-75 лет
P. 12

Vəliyev  Osman Əhmədxan oğlu



                                          (1920-1999)


                     Bu  şəxs mənim anamın babasıdır. Vəliyev  Osman
              Əhmədxan oğlu 1920-ci ildə Cəbrayıl rayonun  Çərəkən kəndində

              kəndli ailəsində anadan olmuşdur.Çərəkəndəki məktəbdə ibtidai,sonra Cəbrayıl
              rayonunda 7 illik məktəbi,1937-ci ildə Füzuli rayonu Pedoqoji Texnikumunu
              bitirmiş,Horovlu,Daşkəsən Quycaq kənd məktəblərində müəllim işləmişdi.


                  1940-cı ildə əsgəri  xidmətə çağrılmış,1941-ci ildən 1945-ci ilin may ayına qədər 122-
              ci artilleriya briqadasında kəşfiyyatçı olmuşdur.

                  Müharibədə xidmət etdiyi  müddətdə  aldığı  orden və medallar,3-cü və 2-ci dərəcəli
              Döyüş Şöhrəti ordenləri, Böyük Vətən Müharibəsi  ordeni,Moskvanın,Leninqradın

              müdafiəsi, Varşavanın, Poznanın, Berlinin alınmasında iştirak etmişdir. 1941-1945-ci
              illər, Qələbə medalı  və s. 14 medalla təltif  olunmuşdur.
              Müharibədən  qayıtdıqdan  sonra  1950-ci ilə qədər müəllim işləmiş,sonra Cəbrayıl RTŞ-

              də  inspektor,1969-1980-ci  illərdə müdir,1980-ci ildən  sonra  məktəb  direktoru
              vəzifəsində  çalışmışdır.  1992-ci  ildən avqustun  23-də Cəbrayılın alınması ilə  əlaqədar
              Sumqayıt  şəhərinə köçmüş və orada qaçqınməktəblərinin  birində  müəllim

              vəzifəsində  işləmişdir.1999-cu ildə vəfat etmişdir.



                        Onun nəticəsi: Sumqayıt  şəhər 11 nömrəli tam orta məktəbin   7a2 sinif şagirdi
                                                                                   Musayev Elmar Elnar oğlu
   7   8   9   10   11   12   13   14   15   16   17