Page 3 - shehidler
P. 3
Məmmədov Ramil Ağamməd oğlu – 22
sentyabr 1978-ci ildə Kürdəmir
rayonunun Atakişili kəndində anadan
olub. Kürdəmir hərbi komissarlığının
çağırışı ilə vətən uğrunda döyüşlərə
qatılıb. 16 fevral 1998-ci il Qazax
rayonunda gedən döyüşlərdə şəhid
olub. Məmmədov Ramil Kürdəmir
rayonunun “Şəhidlər xiyabanı”nda dəfn
edilmişdir.
Seyidov Mübariz Əliağa oğlu – 17 may
1969-cu ildə Kürdəmir rayonunun Qurd
Bayram kəndində anadan olub. Könüllü
olaraq 9 dekabr 1993-cü ildə Kürdəmir
hərbi kömissarlığına gəlib. İlk gündən
Füzuli rayonunun müxtəlif kəndlərində
döyüşsə də, 19 yanvar 1994-cü il Füzuli
rayonun Aşağı Seyidəhmədli kəndində
gedən döyüşlərdə şəhid olub. Mübariz
Seyidov Kürdəmir rayonunun “Şəhidlər
xiyabanı”nda dəfn edilmişdir.