Page 4 - shehidler
P. 4
Rəhimov Yaşar Kərəm oğlu – 10 yanvar
1970-ci ildə Kürdəmir rayonunun
Qarabucaq kəndində anadan olub.
1990-cı ilin mayında Bakı Hərbi
dairəsinin sərəncamına göndərildi. 28
mart 1993-cü ildə ona kiçik leytenant
rütbəsi verildi. Onun döyüş yolu Ağdərə
rayonunun bütün kəndlərindən tutmuş
Ağdam rayonunun Papravənd və s.
kəndlərindən keçmişdir. 8 may 1994-cü
ildə Ağdərə rayonu 3 №-li Sovxozun
yaxınlığındakı döyüşlərdə
qəhrəmancasına şəhid olub. Yaşar
Rəhimovun cənazəsi ölmündən 18 gün
sonra-25 may 1994-cü ildə Kürdəmir
rayonunun “Şəhidlər xiyabanı”nda
torpağa tapşırıldı. Ölmündən sonra
“Azərbaycan Bayrağı” ordeni ilə təltif
olunub.
Əliyev Qalib Alşan oğlu – 1 oktyabr
1970-ci ildə Kürdəmir rayonunun
Qarabucaq kəndində anadan olub. 7
dekabr 1992-ci ildə Kürdəmir hərbi
komissarlığının çağırışı ilə vətən
uğrunda döyüşlərə qatılıb. 26 yanvar
1993-cü il Xındırıstan və Fərrux dağı
istiqamətində gedən ağır döyüşlərdə
şəhid olub. Qalib Əliyevin məzarı
Kürdəmir rayonunun “Şəhidlər
xiyabanı”ndadır.