Page 19 - Книга памяти - Русская община
P. 19
Vəliyev Osman Əhmədxan oğlu
(1920-1999)
Bu şəxs mənim anamın babasıdır. Vəliyev Osman
Əhmədxan oğlu 1920-ci ildə Cəbrayıl rayonun Çərəkən kəndində
kəndli ailəsində anadan olmuşdur.Çərəkəndəki məktəbdə ibtidai,sonra Cəbrayıl
rayonunda 7 illik məktəbi,1937-ci ildə Füzuli rayonu Pedoqoji Texnikumunu
bitirmiş,Horovlu,Daşkəsən Quycaq kənd məktəblərində müəllim işləmişdi.
1940-cı ildə əsgəri xidmətə çağrılmış,1941-ci ildən 1945-ci ilin may ayına qədər 122-
ci artilleriya briqadasında kəşfiyyatçı olmuşdur.
Müharibədə xidmət etdiyi müddətdə aldığı orden və medallar,3-cü və 2-ci dərəcəli
Döyüş Şöhrəti ordenləri, Böyük Vətən Müharibəsi ordeni,Moskvanın,Leninqradın
müdafiəsi, Varşavanın, Poznanın, Berlinin alınmasında iştirak etmişdir. 1941-1945-ci
illər, Qələbə medalı və s. 14 medalla təltif olunmuşdur.
Müharibədən qayıtdıqdan sonra 1950-ci ilə qədər müəllim işləmiş,sonra Cəbrayıl RTŞ-
də inspektor,1969-1980-ci illərdə müdir,1980-ci ildən sonra məktəb direktoru
vəzifəsində çalışmışdır. 1992-ci ildən avqustun 23-də Cəbrayılın alınması ilə əlaqədar
Sumqayıt şəhərinə köçmüş və orada qaçqınməktəblərinin birində müəllim
vəzifəsində işləmişdir.1999-cu ildə vəfat etmişdir.
Onun nəticəsi: Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 7a2 sinif şagirdi
Musayev Elmar Elnar oğlu