Page 20 - Книга памяти - Русская община
P. 20
Hacıyev Məmməd Qiyasəddin oğlu
(1922 - 1983)
Bu şəxs mənim ana babamdı. Hacıyev Məmməd
Qiyasəddin oğlu 1922-ci ildə Qubadlı rayon Yusifbəyli
kəndində anadan olmuşdu. Almaniya 1941-ci ildə SSRİ üzərinə hücum
etdi.O,Qubadlı rayonunun hərbi komissarlığı tərəfindən müharibəyə səfərbərlik
olunmuşdu.
1942-ci ildə yaradılmış 416-cı “Taqanroq” diviziyasında xidmət etmişdir.Hacıyev
Məmməd Novosibirski ərazilərində gedən döyüşlərdə iştirak edib. Lakin 1943-cü ilin
sonunda sağ qolunu itirərək arxa cəbhəyə göndərilir. 2-ci qrup əlil
olur.O,müharibədən qayıtdıqdan sonra 8 il bağ briqadiri işləmişdir.Sonralar isə
ömrünün sonuna kimi kənd sovetliyində katib vəzifəsini icra etmişdir.
Müharibədə iştirakına görə orden və medallarla təltif olunmuşdur.1983-cü ildə
vəfat etmişdir.
Onun nəticəsi: Sumqayıt şəhər 11nömrəli tam orta məktəbin 7a2 sinif şagirdi Əhmədli
Məhəmməd Rəhman oğlu