Page 1 - shehidler
P. 1
Abdurahmanov Elşən Tahir oğlu – 26
dekabr 1973-cü ildə Kürdəmir
rayonunun Xırdapay kəndində anadan
olub. 3 iyul 1992-ci ildə Kürdəmir hərbi
komissarlığının çağırışı ilə vətən
uğrunda döyüşlərə qatılıb. Ağdam
cəbhəsində olmuş, 10 yanvar 1994-cü il
Füzuli rayonun Aşağı Əbdürrahmanlı
kəndində gedən döyüşlərdə şəhid olub.
Elşən Abdurahmanovun məzarı
Kürdəmir rayonunun “Şəhidlər
xiyabanı”ndadır.
İslamov Asif Mürsəl oğlu – 13 noyabr
1975-ci ildə Kürdəmir rayonunun
Xırdapay kəndində anadan olub. 3
yanvar 1994-cü ildə Nərimanov rayon
hərbi komissarlığının çağırışı ilə vətən
uğrunda döyüşlərə qatılıb. 20 aprel
1994-cü il Füzuli rayonunda şəhid olub.
Asif İslamov Kürdəmir rayonunun
“Şəhidlər xiyabanı”nda dəfn olunub.