Page 61 - shehidler
P. 61
Seyidov Şakir Yaqub oğlu - 2 sentyabr 1973-cü
ildə Kürdəmir rayonunun Qağacılı kəndində
anadan olmuşdur. 1992-ci ildə Ağdam rayonunda
gedən döyüşlərdə iştirak etmişdir. 16 iyun 1992- ci
ildə ağır döyüşlərdə şəhid olmuşdur. Kürdəmir
rayonu Xirdapay kənd qəbiristanlığında dəfn
olunmuşdur.
Qurbanov Vüqar Rüstəm oğlu - 2 noyabr 1967
Kürdəmir rayonunun Şıxımlı kəndində anadan
olmuşdur. 1992-ci ildə Ağdam istiqamətində
döyüşlərə qatılıb. 13 iyun 1993-cü ildə Ağdamın
Mərzili kəndində gedən döyüşdə şəhid olmuşdur.
“Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Kürdəmir rayonu Şahsevən kənd qəbiristanlığında
dəfn olunmuşdur.