Page 62 - shehidler
P. 62
Mustafayev Vidadi Durmuş oğlu - 16 iyun 1963-cü
ildə Kürdəmir rayonunun Şıxımlı kəndində anadan
olmuşdur. 1993-cü ilin fevralın 29 da Ağdam
cəbhəsinə yola düşüb. 9 mart 1993-cü ildə
Ağdamın Məlikli kəndi yaxınlığında gedən
döyüşlərdə şəhid olmuşdur. Vidadi Mustafayev
Kürdəmir rayonu Şıxımlı kənd qəbiristanlığında
dəfn olunmuşdur.
Mahmudov Sübhi Əhmədağa oğlu - 29 oktyabr
1973-cü ildə Kürdəmir rayonunun Dayıkazımlı
kəndində anadan olmuşdur. 29 iyun 1991-ci ildə
könüllü olaraq Kürdəmir hərbi komisarlığına
getmişdir. Ağdərə rayonunun alınmasında və
Fərrux dağı uğrunda gedən döyüşlərdə iştirak
etmişdir.18 yanvar 1993-cü ildə şəhid olmuşdur.
Kürdəmir rayonu Dayıkazımlı kəndində dəfn
olunmuşdur.