Page 67 - shehidler
P. 67
Kərimov Nazim Əhməd oğlu - 13 fevral 1969-cu
ildə Kürdəmir rayonunun Şahsevən kəndində
anadan olmuşdur. 1993-cu ilin 5 oktyabrında
səfərbərliklə Kürdəmir rayonundan cəbhəyə yola
düşmüşdür. Füzuli rayonu uğrunda gedən
döyüşlərdə iştirak etmişdir. 10 yanvar 1994-cü ildə
Aşağı və Yuxarı Əbdürrəhmanlı kəndi yaxınlığında
gedən döyüşlərdə şəhid olmuşdur. Kürdəmir
rayonu Şahsevən kəndi Ağ künbəz
qəbiristanlığında dəfn olunmuşdur.
Abdullayev Kainat Məhəmmədəli oğlu - 1yanvar
1989-cu ildə Kürdəmir rayonunun Topalhəsənli
kəndində anadan olmuşdur. Tərtər rayonu uğrunda
gedən döyüşlərdə iştirak etmişdir. 26 iyun 2013-cü
ildə şəhid olmuşdur. Kürdəmir rayonu Şahsevən
kəndi Ağ künbəz qəbiristanlığında dəfn
olunmuşdur.