Page 70 - shehidler
P. 70
İsmayılov Habil İsrayıl oğlu - 1 sentyabr 1968-ci
ildə Kürdəmir rayonunun Böyük Kəngərli kəndində
anadan olmuşdur. Könüllü olaraq cəbhəyə
yollanmışdır. 703 saylı hərbi hissənin tərkibində
döyüşmüşdür. 23 iyul 1992-ci ildə Beyləqan rayonu
istiqamətində döyüşdə şəhid olmuşdur. Kürdəmir
rayonu Böyük Kəngərli kənd qəbiristanlığında dəfn
olunmuşdur.
Hasilov Cəmil Cəlal oğlu - 15 sentyabr 1963-cü
ildə Kürdəmir rayonunun Bağman kəndində
anadan olmuşdur. Könüllü olaraq 1993-cü ilin
noyabrda Milli Ordu sıralarına daxil olmuşdur.
Beyləqan rayonu istiqamətində döyüşlərdə iştirak
etmişdir. 10 dekabr 1993-cü ildə Xaçınabad kəndi
uğrunda gedən döyüşdə şəhid olmuşdur. Kürdəmir
rayonu Böyük Kəngərli kənd qəbiristanlığında dəfn
olunmuşdur.