Page 72 - shehidler
P. 72

İsgəndərov Teymur Heybət oğlu - 25 noyabr
                                                             1973-cü ildə Kürdəmir rayonunun Təklə kəndində
                                                             anadan olmuşdur. 27 may 1992-ci ildə Kürdəmir
                                                             rayon hərbi komissarlığından hərbi xidmətə yola
                                                             düşmüşdür. Döyüş yolu Ağdamın Sırxavənd,
                                                             Gilablı, Abdal kəndlərindən keçib. 19 sentyabr
                                                             1992-ci ildə Qarakənd uğrunda döyüşdə şəhid
                                                             olmuşdur. Kürdəmir rayonu Şahsevən kənd
                                                             qəbiristanlığında dəfn olunmuşdur.






















                                                             Səlimov İlqar Abdulhəmid oğlu - 24 fevral 1976-cı
                                                             ildə Kürdəmir rayonunun Yenikənd kəndində
                                                             anadan olmuşdur. Ağcabədi rayonu istiqamətində
                                                             gedən döyüşlərdə iştirak etmişdir. 13 avqust 1997-
                                                             ci ildə Qiyaməddinli kəndində döyüşlər zamanı
                                                             şəhid olmuşdur. Kürdəmir rayonu Yenikənd kənd
                                                             qəbiristanlığında dəfn olunmuşdur.
   67   68   69   70   71   72   73   74   75   76   77