Page 77 - shehidler
P. 77
Qurbanov Tural Gürşad oğlu - 11 sentyabr 1992-ci
ildə Kürdəmir rayonunun Sığırlı kəndində anadan
olmuşdur. Gizir Tural Qurbanov 2016-cı ilin aprel
ayında Azərbaycan-Ermənistan təmas xəttində baş
verən atışma zamanı Tərtər rayonunun Talış kəndi
istiqamətində qəhrəmancasına şəhid olmuşdur.
Aprelin 11-i isə Tural Qurbanov
doğulduğu Kürdəmir rayonunun Sığırlı kəndində
dəfn olunmuşdur. Hərbi xidmətə görə 3-cü dərəcəli
medalla təltif olunmuşdur.
Hüseynov Ziyad Mətləb oğlu - 8 fevral 1975-ci ildə
Kürdəmir rayonunun Karrar kəndində anadan
olmuşdur. 3 iyul 1993-cü ildə hərbi xidmətə
çağırılmışdı. Ağdarə rayonu uğrunda gedən
döyüşlərdə iştirak etmişdir. 19 fevral 1994-cü ildə
Donaşan-2 bölgəsi istiqamətində gedən
döyüşlərdə şəhid olmuşdur. Məzarı Kürdəmir
rayonu Karrar kənd qəbiristanlığındadır.