Page 76 - shehidler
P. 76

Əsgərov Cabbar Aydın oğlu - 13 mart 1972-ci ildə
                                                             Kürdəmir rayonunun Sığırlı kəndində anadan
                                                             olmuşdur. Könüllü olaraq 12 noyabr 1992-ci ildə
                                                             Milli Ordu sıralarına yazıldı. Ağdam, Ağdərə
                                                             rayonlarında gedən döyüşlərdə qəhrəmancasına
                                                             iştirak etmişdir. 30 dekabr 1993-cü ildə Ağdamın
                                                             Qərbənd kəndini azad etmək üçün gedən döyüşdə
                                                             şəhid olmuşdur. Kürdəmir rayonu Sığırlı kənd
                                                             qəbiristanlığında dəfn olunmuşdur.























                                                             Həşimov Famil Firidun oğlu - 25 dekabr 1973-cü
                                                             ildə Kürdəmir rayonunda anadan olmuşdur.
                                                             Xocavənd rayonu uğrunda gedən döyüşlərdə
                                                             iştirak etmişdir. 1992-ci il sentyabrın 18-dən 19-
                                                             nadək Qarakənd yaxınlığında keçirdiyi döyüş onun
                                                             son döyüş oldu. Məzarı Kürdəmir rayonu Sığırlı
                                                             kənd qəbiristanlığındadır.
   71   72   73   74   75   76   77   78   79   80   81