Page 74 - shehidler
P. 74
Məmmədov Bayram Nurməmməd oğlu - 1 may
1974-cü ildə Kürdəmir rayonunun Mürtülü
kəndində anadan olmuşdur. Könüllü olaraq
Qarabağa getmək üçün komandanlığa ərizə ilə
müraciət etmişdir. Laçın rayonu uğrunda gedən
döyüşlərdə iştirak etmişdir. 31 dekabr 1992-ci ildə
Fingə kəndi yaxınlığında döyüşlərdə şəhid
olmuşdur. Kürdəmir rayonu Şahsevən kənd
qəbiristanlığında dəfn olunmuşdur.
Həsənov Asif Hüseyn oğlu – 03 yanvar 1962-ci
ildə Cəbrayıl rayonunun Şıxalı Ağalı kəndində
anadan olmuşdur. 22 aprel 1994-cü ildə Saatlı
rayonundan cəbhəyə yola düşdü. Tərtər rayonu
istiqamətində döyüşlərdə iştirak etmişdir. 5 may
1994-cü ildə Ağdam rayonu uğrunda gedən
döyüşdə şəhid olmuşdur. Kürdəmir rayonu Karrar
qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.