Page 75 - shehidler
P. 75
Abdullayev Müşfiq Curu oğlu - 7 dekabr 1973-cü
ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan
olmuşdur. 5 mart 1994-cü ildə könüllü olaraq
cəbhəyə Füzulinin Böyük Bəhmənli kəndinə yola
düşmüşdür. 24 aprel 1994-cü il Füzuli
istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Məzarı Kürdəmir rayonu Şilyan kənd
qəbiristanlığındadır.
Əhmədov Zahid Zaman oğlu - 23 iyun 1969-cü
ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan
olmuşdur. Könüllü olaraq cəbhəyə getmək üçün
hərbi komissarlığa getmişdir. Qubadlı rayonu
uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 11
dekabr 1992-ci ildə Cibikli kəndi yaxınlığında şəhid
olmuşdur. Məzarı Kürdəmir rayonu Şilyan kənd
qəbiristanlığındadır.