Page 80 - shehidler
P. 80

Vahidov Həmzə Heybət oğlu - 9 mart 1974-cü ildə
                                                             Kürdəmir rayonunun Karrar kəndində anadan
                                                             olmuşdur. 1992-ci ilin 5 iyununda hərbi xidmətə
                                                             yola düşmüşdür. Qalayçılar, Baş və Orta
                                                             Güneypəyə, Canyataq kəndləri yaxınlığındakı
                                                             döyüşlərdə igidlik göstərmişdir. 10 mart 1993-cü
                                                             Xocalı rayonunun Sığnaq kəndi istiqamətində
                                                             döyüşdə şəhid olmuşdur. Məzarı Kürdəmir rayonu
                                                             Karrar kənd qəbiristanlığındadır.






















                                                              Məmmədov İlyas İsgəndər oğlu - 12 fevral 1974-
                                                             cü ildə Kürdəmir rayonunun Ərəbqubalı kəndində
                                                             anadan olmuşdur. 11 avqust 1992-ci ildə hərbi
                                                             xidmətə getmişdir. Döyüş yolu Ağdərənin
                                                             Qalayçılar, Baş və Orta Güneypəyə, Canyataq
                                                             kəndlərindən keçib. 11 mart 1993-cü ildə Ağdərə
                                                             rayonu istiqamətində döyüşdə şəhid olmuşdur.
                                                             Kürdəmir rayonu Ərəbqubalı kənd qəbiristanlığında
                                                             dəfn olunmuşdur.
   75   76   77   78   79   80   81