Page 79 - shehidler
P. 79
Dəmirov Siyavuş Rizvan oğlu - 28 avqust 1973-cü
ildə Kürdəmir rayonunun Karrar kəndində anadan
olmuşdur. 25 may 1992-ci ildə hərbi xidmətə
çağırılmışdır. Bir müddət Ağdərədə vuruşmuş,
sonra Ağdamın Paşabəyli, Şelli kəndlərinin
müdafiəsində iştirak etmişdir. 25 yanvar 1993-cü
ildə Şuşa şəhəri istiqamətində döyüşdə şəhid
olmuşdur. Kürdəmir rayonu Karrar kənd
qəbiristanlığında dəfn olunmuşdur.
Quliyev Sulduz Qulu oğlu - 20 mart 1969-cu ildə
Kürdəmir rayonunun Karrar kəndində anadan
olmuşdur. 2 dekabr 1992-ci ildə hərbi
komissarlıqdan çağırış gəlmişdir. Ağdam rayonu
uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak
etmişdir. 25 yanvar 1993-cü ildə Fərrux dağı
istiqamətində döyüşdə şəhid olmuşdur. Kürdəmir
rayonu Karrar kənd qəbiristanlığında dəfn
olunmuşdur.