Page 68 - shehidler
P. 68

Qəniyev Sehran Sabir oğlu - 30 may 1977-ci ildə
                                                             Kürdəmir rayonunda anadan olmuşdur. 1992-ci
                                                             ildə Bərdədəki könüllü dəstəyə qoşularaq cəbhəyə
                                                             yola düşmüşdür. Ağdərə rayonu uğrunda gedən
                                                             döyüşlərdə iştirak etmişdir. 16 iyun 1992-ci ildə
                                                             Ağdərə rayonunun Çaylı kəndi yaxınlığında gedən
                                                             döyüşdə şəhid olmuşdur. Kürdəmir rayonu
                                                             Şahsevən kəndi Ağ künbəz qəbiristanlığında dəfn
                                                             olunmuşdur.























                                                              Abdullayev Nizafət Məmməd oğlu - 23 fevral
                                                             1963-cü ildə Kürdəmir rayonu Topal-Həsənli
                                                             kəndində anadan olmuşdur. Noyabr ayında
                                                             Bakının Sabunçu rayon hərbi komisarlığından
                                                             cəbhəyə yola düşüb. Ağdam rayonu uğrunda
                                                             gedən döyüşlərdə iştirak etmişdir. 31dekabr 1993-
                                                             cü ildə Ağdam rayonunun Güllicə kəndi
                                                             yaxınlığında gedən döyüşdə şəhid olmuşdur.
                                                             Kürdəmir rayonu Şahsevən kəndində dəfn
                                                             olunmuşdur.
   63   64   65   66   67   68   69   70   71   72   73