Page 34 - Книга памяти - Русская община
P. 34
Salahov İmran Heydər oğlu
(1901-1983)
Bu mənim anamın babasıdı. Salahov İmran Heydər
oğlu 1901 –ci ildə Qubadlı rayonunda anadan
olub.Müharibənin ağır günlərində 10 noyabr 1941-ci ildə
Qubadlı hərbi komissarlığı tərəfindən müharibəyə səfərbərlik olunmuşdu. Onun
müharibə yolu 3 dekabr 1941-ci ildə 1137 atıcı qoşunlarında Rusiyanın Krosnadar
şəhərindən başlayıb.Sonralar isə Rostov,Kiyev,Xarkov,Livov və Polşa uğrunda gedən
döyüşlərdə iştirak etmişdi. Hətta Almaniyanın Berlin şəhərinə kimi gedib çıxmışdı.
Hətta komandirlərdən biri hərbi qulluqçu atıcı rotanın sıravi əsgəri Salahov İmran
Heydər oğlu haqqında belə yazmışdır: Novorossiskinin Malaya zemle deyilən yerdə
desant hərbi əməliyyatların birində öz 3 hərbi əsgərləri ilə birgə alman faşist
əsgərlərini əsir götürüblər.Hətta 2 ədəd əl pulemyotu ələ keçiriblər.O, mərdliyinə
görə medalla təltif olunmuşdu. Müharibə zamanı döyüşlərdə beş dəfə ağır
yaralanıb. Salahov İmran Rusiyanın Sevastopol Balkası adlı gedən döyüşlərdə
düşmənlə üz-üzə gələrək mübarizə aparmış və alman faşist əsgərlərini məhv etmişdi.
10 may 1944-cü ildə döyüş zamanı yaralanıb hospitala yerləşdirilir. Müharibədən
qayıtdıqdan sonra Sumqayıt şəhərində zavodlardan birində işləmişdir. Müharibədə
göstərdiyi hünərlərə görə orden,medallarla və fəxri fərmanlarla təltif olunmuşdur.
1983-cü ildə Sumqayıt şəhərində 82 yaşında vəfat etmişdir.
Onun nəticəsi: Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 7a2 sinif şagirdi
Həmidli Аkif Fuad oğlu.