Page 36 - Книга памяти - Русская община
P. 36
Əliqiyam Kərbəlayi Tahir oğlu Cəfərov
(1903-1980)
Əliqiyam Kərbəlayi Tahir oğlu Cəfərov 1903-cü ildə Nağdılı
kəndində anadan olmuşdur.Gənc yaşlarında əkinçiliklə məşğul
olmuşdur.1925-ci ildə hərbi xidmətə çağırılmışdır.Kolxoz
yarandıqdan sonra kolxozda işləmişdir.
SSRİ – Finlandiya müharibəsi başladıqdan sonra 1940 –cı il fevral ayının 23də 130-cu
Atıcı Diviziyanın 664cü atıcı polkun təkibində hərbi andı qəbul etmişdir.
Böyük Vətən Müharibəsi başlandıqdan sonra 1941-ci ilin iyun ayında həmin polkun
tərkibində Belorusiya ərazisində alman-faşist işğalçılarına qarşı gedən ağır döyüşlərdə
əsir düşmüş və 1945-ci ilin may ayına kimi Almaniyanın hərbi əsir düşərgələrində əsirlik
həyatı yaşamışdır.
Hərbi düşərgədən azad olunduqdan sonra kəndə qayıtmış və 1945-1949 cu illərdə
kolxozda işləmişdir.1949-cu ilin avqust ayında tutularaq , 1955-ci ilin noyabr ayına kimi
Sibirdə yerləşən əmək düşərgələrinin birində məhkumluq həyatı yaşamışdır. SSRİ Ali
Soveti Rəyasət Heyətinin 17 sentyabr 1955-ci il tarixli fərmanı ilə məhkumluqdan azad
olunaraq kəndə qayıtmışdır.1955-1959-cu illərdə kolxozda işləmiş və 1959cu ildə ailəsi
ilə birlikdə Corat kəndinə köçmüşdür . 1959-1968ci illərdə Sumqayıt kimya zavodunda
fəhlə işləmişdir.
Medallarla təltif olunmuşdur.
1968-ci ildə fərdi təqaüdə çıxmışdır.
Əliqiyam Kərbəlayi Tahir oğlu Cəfərov 1980-cı il iyun ayının 24də vəfat etmişdir.
Ailəli idi :Beş oğul və dörd qız atası idi.
Mərhumun həyat yoldaşı – mərhumə Seyyidə Xeyransa Mirpənah qızı (1925 – 1978)
Böyük Vətən Müharibəsi illərində arxa cəbhədə-kənd kolxozunda işləmişdir.
Onun nəticəsi : Sumqayıt şəhəri 11nömrəli tam orta məktəbin 8a5 sinif şagirdi
Hacıağayev Sadiq