Page 29 - Deeplom
P. 29
29
2.2. Optimal həllin tapılması
Riyazi modeli yaratdıqdan sonar təmizləmə qurğusunun optimallaşdırma məsələsini
həll etməliyik. Optimallaşdırma məsələsini həll etmək üçün ilk öncə məqsəd
funksiyasının tapılması mütləqdir. Bu səbəbdən də optimallaşdırma məsələlərinin
uğurlu həlli bu mərhələdə məhdudiyyət və həmçinin məqsəd funksiyalarının dəqiq
təyin edilməsindən daha çox asılıdır.
Optimallaşdırma məsələsini həll etmək üçün MathCad proqram paketindən
istifadə edək. İlk öncə “Excel” proqramından alınan reqressiya əmsallarını ardıcıl
olaraq daxil edirik. Növbəti mərhələdə funksiyanı qururuq, ardınca real qiymətləri
daxil edirik və məhdudiyyətləri yazırıq. Ardıcıl olaraq bu mərhələlər yerinə
yetirildikdən sonra optimallaşdırma məsələsi həll edilmiş olur.

