Page 25 - Deeplom
P. 25
25
II.RİYAZİ MODELİN QURULMASI VƏ OPTİMAL HƏLLİN TAPILMASI
2.1 Təmizləmə qurğusunun riyazi modelinin qurulması
Bir çox texnoloji proseslərin tədqiqi zamanı, sistemin hissələrini sintez edərkən və
eləcə də optimal idarəetmə məsələsinini araşdırdıqda riyazi modelin qurulması tələb
olunur. Bu fəsildə atmosferik distillasiya bölməsinin optimal idarə edilməsi
məsələsinə baxılacaq. Atmosferik distillasiya bölməsinin əsas qurğuları olan
təmizləmə qurğusu və atmosferik distillasiya kalonunun riyzai modelini quraq.
Əvvəlcə təmizləmə qurğusunun giriş və çıxış parametrlərini təyin edək:
Şəkil 2.1. Təmizləmə qurğusu idarəetmə qurğusu kimi
X 1-təmizləmə qurğusuna verilən xam neftin sərfi, l/saat
X 2-təmizlə qurğusuna verilən suyun sərfi, l/saat
X 3-təmizləmə qurğusunun daxildəki temperatur, °C
X 4-elektrodlar arasındakı gəginlik, V
X 5-qarışdırıcı klapandakı təzyiq düşgüsü, Pa
Y-çıxışda alınan neftin tərkibində duzun konsentrasiyası, kq/l

