Page 21 - Deeplom
P. 21

21


                        1.5 Atmosferik distillasiya kalonunun avtomatlaşdırma sxeminin izahı



                  Təmizləmə  qurğusundan  əldə  edilən  duzlardan  və  digər  kənar  hissəciklərdən

                  təmizlənmiş  xam  neft  əvvəlcə  İD2  istilik  dəyicisindən keçir və müəyyən qədər qızır.

                  İstilik  dəyiçilərin  funksiyası  kalondan  alınmış  qaynar  buxar,  qazın  istilik  enerjisinin

                  sirkulyasiya  edilərək  soyuq  neftə  verilməsindən  ibarətdir.  Daha  sonra  N2  nasosu

                  vasitəsilə neft sobaya daxil olur. Bu qızdırıcı soba qaz yanacağı ilə işləyi. Xam neftin

                  qızdırıc  sobanın  çıxışındakı  temperaturu  300-380 °C olmalıdır. Sobanın çıxışında

                  xam  neftin  temperaturuna  TT1  temperatur  transmitteri  vasitəsilə  nəzarət  edilməsi

                  nəzərdə     tutulmuşdur.      Əgər     sobanın     çıxışında  xam  neftin  temperaturu

                  məqsədəmüvafiq  hesabedilməzsə  sobaya  verilən  qaz  yanacağın  sərfi  TCV1  klapanı

                  vasitəsilə  tənzimlənir.

                         Atmosferik  distillasiya  kalonunun  aşağı  hissəsində  ağır  fraksiyalar  yığılırki

                  buda  asfalt  qalıq  adlanı.  Bu  qalıqların  qaynama  temperaturu  norma  atmosfer

                  təzyiqində  çox  yüksək  olduğundan  onlar  atmosfer  distillasiya  kalonunda fraksiyalara

                  ayırmaq  məqsədəmüvüfiq  hesab  edilmir.  Bu  baxımdan  bu  qalıqlar  N2  nasosu

                  vasitəsilə  vakum  ditillasiya  bölməsinə  vurulur.  Vakum  distillasiya  kalonunda  bu

                  qalıqlar  aşağı  təzyiqlərdə  fraksiyalra  ayrılırlar.  Atmosfer  distillasiya  kalonunun aşağı

                  hissəsində  qalığın  səviyyəsinə  LT1  səviyyə  transmitteri  vasitəsilə  nəzarət  edilir  və

                  lazım  gəldikdə  vakum  distillasiya  bölməsinə  gedən  axın  LCV1  idarəolunan  klapan


                  vasitəsi ilə tənzimlənir.
                         Fraksiyalara  ayırma  prosesinin  keyfiyyətini  artırılması  və  istilik  məqsədi  ilə


                  atmosferik  distillasiya  bölməsində  kənar  soyudu  qüllələr-istilik  dəyişicilər
                  quraşdırılır.  Bunların  vəzfəsi  atmosferik  distillasiya  kalonunun  orta  hissəsindən


                  buxarın N1 nasosu vasitəsilə İD1 istilik dəyişicisinə verilməsi və kodensasiya edilmiş

                  fraksiyanın  yenidən  kalona  qaytarılmasından  ibarətdir.  Bu  prosesin  əsas  məqsədi

                  atmosferik  distillasiya  kalonunda  buxar  yüklənməsini  aradan  qaldırmak,  kalonun

                  yuxarı  hissəsindəki  hava  soyuducusunu  çox  yüklənməyə  qoymamaq  və  atmosfer

                  distillasiya  kalonunda  artıq olan temperaturun daha soyuq fraksiyaları və yaxud xam

                  nefti qızdırmaq və bu yolla enerji  itkisinin  qarşısını almaqdan ibarətdir.
   16   17   18   19   20   21   22   23   24   25   26