Page 17 - Deeplom
P. 17
17
1.4 Atmosfer distillasiya kalonu və parametrləri
Xam neftin distillasiyası adətən ya atmosfer təzyiqi altında ya da vakumda
aparılır. Alçaq qaynama temperaturlu fraksiyalar adətən 400 °C-dən aşağı
temperaturda buxarlanırlar. Bu səbəbdə bütün alçaq qaynama temperaturlu
fraksiyalar atmosfer təzyiqi altında distillasiya edilirlər. Xam neft təmizləmə
qurğusundan 250 °C-260 °C temperaturla gəlir və qızdırıcı sobada 350 °C-360 °C-ə
qədər qızdırılır. Distillasiya kolanuna daxil olan yüksək temperaturlu xam neftin
fraksiyaları biri-birindən buxarlanma temperaturlarına görə fərqlənirlər. Bu
xüsusiyyət də müxtəlif neft məhsullarının biri-birindən qızdırılaraq ayrılmasına
imkan verir.
Bunlardan əlavə olaraq kalonun aşağı hissəsində qaynama temperaturu 420 °C-
dən yuxarı olan qalıq məhsul alınır. Bu məhsul asfalt adlanır və bunda kokslaşma,
hidrokrekinq prosesləri əsasında qazolin, dizel, yanacaq nefti almaq mümkün olur.
Atmosfer distillasiya kalonu slindr şəkillidir və içərisində hündürlük boyunca
boşqablar yerləşdirilmişdir. Əsasən ADK-larında 30-a yaxın boşqab olur.Bu
boşqablar buxarlanmış fraksiyaların yuxarı doğru hərəkətinə və kondensasiya etmiş
fraksiyaların yenidən, aşağı doğr
həkətinə imkan yaradır.
Şəkil 1.6 AD kalonunun daxili
quruluşu

