Page 15 - Deeplom
P. 15

15


                              1.3 Təmizləmə qurğusunun avtomatlaşdırma sxeminin izahı



                  Tərkibində  qatışıqlar  olan  xam  neft  rezervuarlardan  N2  nasosları  vasitəsilə  qurğuya

                  tərəf  vurulur.  Prosesdə  istifadə  olunması  nəzərdə  tutulan  su  N1  nasosları  vasitəsilə

                  qurğuya  tərəf  vurulur.  FT1  sərf  transmiteri  vasitəsilə  suyun  sərfi  ölçülür  və  lazım

                  olduqda FCV1 sərf idarə etmə klapanı vasitəsilə  tənzimlənir.

                          Xam  neft  İD1  istilik  dəyişicisində  100-150°C qızdırılır. Ümumi neftin sərfinə

                  FT2  sərf  transmitteri  vasitəsilə  nəzarət  edilir.  Texnoloji  prosesdə  istifadə  ediləcək

                  deemulqatoru  sərfi  FT3  sərf  transmitteri  vasitəsilə  ölçülür.  Deemuqatorun  prosesi

                  daxil  edilməsi  LT1  səviyyə  transmitterinin  göstəricisindən  asılıdır.  Beləki  qurğunun

                  daxilində  qarışığın  səviyyəsi  elektrodlara  çatdıqda  LT1  səviyyə  transmitterindən

                  göstəricilər  götürülür və uyğun olaraq LCV3 klapanı açılır.

                          MV  qarışdırıcı  klapanının  vəzifəsi  su  və  xam  neft  damlalarını  maksimum

                  dərəcədə  effektli  qarışmasını  təmin  etməkdir.  Bunun  təmin  edilməsi  üçün  MV

                  qarışdırıcı  klapanındakı  təzyiq  düşgüsünə nəzarət edilməlidir və PT1 və PT2 təzyiq

                  transmitterləri  bunun üçün nəzərdə tutulmuşdur.

                         Qurğunun  daxilində  texnoloji  prosesin  gedişatı  zamanı  qurğunun  aşağı

                  hissəsində çökütünün yığılması baş verir. Bu prosesin gedişatına mənfi təsir göstərir.

                  Həmin  çöküntünün  səviyyəsi  LT2  səviyyə  transmitteri  vasitəsilə  təyin  edilir  və

                  saviyyə  yol  verilə  biləcək  maksimum  həddə  çatdıqda  LCV2  idarətetmə  klapanı


                  vasitəsilə  təzyiqli  su qurğunun daxilinə  yönəldilir.
                         Təmizləmə  qurğusunun  daxilində  əsas  nəzarət  olunmalı  parametrlərdən biri də


                  temperaturdur.  Temperaturun optimal qiymətində texnoloji prosesin gedişatı üçün ən
                  uyğun  vəziyyət  yaranır.  Qurğunun  daxilindəki  temperatura  TT1  temperatur


                  transmitteri  vasitəsilə  nəzarət  edilir.  Lazım  gəldikdə  qurğunun  aşağı hissəsinə verilən

                  qaynar buxarın sərfi LCV2 klapanı vasitəsilə  tənzimlənir.
   10   11   12   13   14   15   16   17   18   19   20