Page 11 - Deeplom
P. 11

11


                         quruluşlu  normal  butanı,  alkilləşmə bölməsində istifadə üçün nəzərdə tutulmuş

                         izobutana çevirmək üçün də istifadə olunur.

                      -  Hidrotretinq  bölməsi:  Bu  bölmə,  distillasiya  bölməsindən  alınan  digər

                         fraksiyaları  hidrogen vasitəsilə  kükürddən azad etmək üçün nəzərdə tutulub.

                      -  Maye  katalitik  krekinq  bölməsi:  Xam  neftin  distillasiya  bölməsindən  əldə

                         edilən ağır və yüksək qaynama temperaturlu fraksiyaları, daha yüngül və aşağı

                         qaynama  temperaturlu  fraksiyalara  çevirərək,  daha  qiymətli  məhsullar  əldə

                         edilir.

                      -  Hidrokrekinq  bölməsi:  Hidrogendə  istifadə  edərək,  atmosfer  distillasiya  və

                         vakum  distillasiya  bölmələrindən  alınan  ağır  fraksiyaları  daha  yüngül  və

                         qiymətli  məhsullara  çevirir.


                                   1.2 Təmizləmə qurğusunun quruluşu və parametrlər


                         Xam  neftdən  duzları,  qumu  və  digər  hissəcikləri  kənarlaşdırmaq  üçün

                  təmizləmə  qurğusundan  istifadə edilir. Tipik təmizləmə qurğusu iki metal elektroddan

                  ibarət  olur.  Effektiv  nəticə  əldə  etmək  üçün  burada  iki  növ  elektrik  sahəsi

                  yaradılmalıdır:

                        İki  elektrod  arasında  1000V/sm  yüksək  gərginlik  tətbiq  etməklə  “İkinci  sahə”


                         adlanan  sahə  yaradılır.  Su  damlalarının  ionlaşması  və  birləşmə  burada  baş
                         verir.


                        İlkin  sahə  600V/sm  gərginlikdə  olur  və  su-neft  fazası  ilə  aşağı  elektrod

                         arasında yaranır. Bu sahə su damlalarının tez yerləşməsinə  yardım edir.


                         Bu  cür  dizayn  edilmiş  qurğu  bir  mərhələli  təmizləmə  qurğusu  adlanır  və  90%

                  nəticə  əldə  etməyə  imkan  verir.  Bundan  başqa  iki  mərhələli  təmizləmə  qurğusu  ilə

                  99%-ə qədər nəticə əldə etmək mümkündür.
   6   7   8   9   10   11   12   13   14   15   16