Page 12 - Deeplom
P. 12
12
Şəkil 1.3 Bir mərhələli təmizləmə qurğusu.
Təmizləmə prosesinin effektiv nəticə verməsi üçün aşağıdakı parametrlər
tənzimlənməlidir:
Təmizləmə qurğusunun daxildəki temperatur: Ayrılmanın nisbəti xam neftin
sıxlığından və özlülüyündən asılıdır. Temperaturun artırılması sıxlığı və
özlülüyü azaltdığından, ayrılmada temperatur artdıqca artır. Adətən təmizləmə
qurğusunundakı temperatur neftin növündən asılı olaraq 135 və 150 °C
arasında dəyişir.
Təmiz suyun nisbəti: Xam neftə suyun əlavə edilməsi duzları kənarlaşdırmağa
kömək edir. Bu səbəbdən suyun miqdarı artdıqca birləşmənin nisbətini də
artırır. Təmizləmə qurğusunun temperaturundan asılı olaraq, minimum həcm
istifadə edilməlidi. Adətən istifadə edilən neftin 7-8%-i həcmində su
götürülməlidir.
Qurğunun daxilində suyun səviyyəsi: Suyun səviyyəsi artdıqca su damlalarının
neftdə həll olması tezləşir, bu da təmizləmənin effektivliyini artırır. Lakin,
suyun səviyyəsi həddindən çox artdıqda, o aşağı elektroda çatır və qurğunu
qısa qapayır. İlkin elektrik sahəsinin qiyməti su-neft fazası ilə aşağı elektrod

