Page 7 - Deeplom
P. 7
7
GİRİŞ
Neft emal həyatımızda mühüm rol oynayır. Bir çox nəqliyyat vasitələri emal
olunmuş neft məhsullarıyla-benzin, kerosin, dizel ilə işləyir. Xam mal şəklində neftin
dəyəri çox azdır, lakin emal olunduqda, ondan yüksək qiymətlərə malik maye
yanacaqlar, yağlar, aşındırıcı maddələr və başqa məhsullar alınır. Neftdən aəldə
olunan yanacaq ümumi dünya enerji təminatının təxminən 1/3-1/5 hissəsini təşkil edir
və təkcə nəqliyyat vasitələrində yanacaq kimi deyil həmçinin qızdırma sistemlərində
də istifadə edilir. Neft məhsullarının istifadə yerləri müxtəlifdir və qazlar və maye
yanacaqlardan qatı maşın yağlarına qədər bu yerlər dəyişir. Əlavə olaraq, bir çox
emal proseslərindən qalıq olan mazut indi çox dəyərli məhsul hesab edilir və yolların
çəkilməsində, dam örtüklərində və müxtəlif suyadavamlı sistemlərdə istifadə olunur.
Xam neft maye və qaz qarışığı olmaqla dünya üzrə yerin dərin süxur qatlarında
rast gəlinir. Xam neftin tərkibində təbii olaraq, əsasən maye şəklində olan
korbohidrogenlər yerləşir. Bunlardan əlavə olaraq xam neftin tərkibində həmçinin
kükürd, oksigen, metallar, və digər elementlər qarışıq şəklində mövcuddur. Bunlara
əsasən xam neftə belə tərif də vermək olar, neft, karbohidrogenlərin, qaz¸maye, və
bərk fazalarda təbii olaraq rast gəlinən formasıdır.
Ümumən, neft emalı 5000 ilə qədər tarixi olduğu düşünülür; o zamanlar neft
sızıntısı olan yerlərdən qalıq materiallar və yağlar ayırılıb götürülürdü. Qalıq
materialların açıq havada bərkidilməsi, yağların lampalarda istifadəsindən öncə
tərkibindəki uçucu maddələrin kənarlaşdırılması bir növ emal prosesi hesab edilə
bilər. Hal-hazırda bildiyimiz kimi neftin emalı prosesi ən son elmə və 20-inci əsrdə
inkişaf etdirlmiş texnologiyalara əsaslanan bir çox proseslərin mürəkkəbəsi şəklində
həyata keçirilir.
Qısaca, neft emalı, neftin fraksiyalarına ayırma və bu fraksiyalara sonrakı
təsirlər nəticəsində bazar məhsullarının əldə edilməsi prosesidir. Emal bir çox zavod
sahələrində aparılır və bu sahələr biri-birindən istehsal edilən məhsula görə fəqlənir.
Aparılan prosesdə istehsal olunan məhsullar tələbata uyğun olmalır və bazara tələb

