Page 3 - Deeplom
P. 3
3
REFERAT
Buraxılış işi ilkin neft emalı prosesinə daxil olan təmizləmə və atmosferik
distillasiya texnoloji prosesinin optimallaşdırlması, riyazi modelin işlənilməsi,
optimal qiymətin tapılması mövzularına həsr edilmişdir. Buraxılış işində təmizləmə
qurğusuna verilən və atmosferik distillasiya kalonunda fraksiyalarına ayrılan xam
neftdən hal-hazırki bazar tələbatına uyğun, keyfiyyətli fraksiyaların alınması nəzərə
alınaraq optimallaşdırma aparılmışdır.
İlk öncə öyrənilən texnoloji proseslər haqqında ətraflı məlumat toplanılmış və
daha sonra avtomatik idarəetmə sxemləri qurulmuşdur.
Riyazi modellər işlənərkən təmizləmə qurğusunun riyazi modelində 5 giriş
parametri götürülmüş və çıxış parametri kimi neftin tərkibindıki duzluluq
götürülmüşdür. Atmosferik distillasiya kalonunun riyazi modelində 4 əsas giri
parametri götürülmüş və çıxış parametri kimi distillatlardan biri olan dizelin sərfi
götürülmüşdür. Riyazi modellər xətti formada işlənmiş və bu zamn Excell proqram
təminatının vasitəsi ilə reqressiya əmsalları tapılmışdır. Daha sonra isə optimal
idarəetmə məsələsini həll etmək üçün MathCad proqram təminatından istifadə
edilmişdir.
Belə proses üçün texniki vasitələrin seçilməsini vacib bilərək parametrlər üçün
texniki vasitələr seçilmişdir. Bu texniki vasitələr uyğun olaraq temperatur, sərf, təzyiq
və səviyyə üçün seçilmişdir. Əlavə olaraq ümumi idarəetməni həyata keçirən
proqramlaşdırılan məntiqi kontrollerin təklif seçimi verilmişdir. Seçilən bütün texniki
vasitələrin texniki xüsusiyyət və parametrləri qeyd edilmişdir.

