Page 13 - Deeplom
P. 13
13
arasındakı məsafədən asılı olduğundan, suyun səviyyəsini stabil saxlamaq tələb
olunur.
Deemulqatorun nisbəti: Deemulqatorlar sadə kopolimerlərdir. Onların biri
hidrofilik yəni suyu sevən olur yəni su damlalarını səthinə yayılır. Digəri isə
hidrofobikdir, yəni neft fazası tərəfə meyl edirlər. Deemulqator əlavə
edildikdə, damlaları stabilləşdirir və yenidən emulsiya əmələ gəlməsinin
qarşısını alır. Deemulqatorlar neftə qidalandırıcı nasosdan sonra və ya
qarışdırıcı klapandan əvvəl, neftin 0.0003 və 0.001%-i miqdarında vurulur.
Qarışdırıcı klapandakı təzyiq düşgüsü: Su ilə xam neftin qarışdırılması hər
hansı bərk qarışıq halındakı duzların kənarlaşdırılması üçün əhəmiyyətlidir.
Qarışdırıcı klapan ətrafındakı təzyiq düşgüsünün qiyməti qarışmanın
effektivliyini təyin edir. Digər tərəfdən qarışdırmada daha kiçik su damlaları
yaradır ki, bu da emulsiyanın stabilliyinə xidmət edir və suyun yayılmasını
çətinləşdirir. Bu səbəbdən klapan ətrafındakı təzyiq düşgüsü düzgün
seçilməlidir. Adətən 120kPa və 150kPa arasında təzyiq düşgüsü seçilir.
Qurğunun dibində suspenziya çöküntüsünün səviyyəsi: Duzsuzlaşdırma zamanı
ayrılan duzların qurğunun dibində yığılması qurğunun işinə mənfi təsir
göstərir. Bu səəbəbdən çöküntünü səvviyyəsi ölçülməli və tənzimlənməlidir.
Çöküntünün yuyması üçün qurğunun daxilinə əlavə yüksək təzyiqli su
vurulmalıdır.
Əgər bütün bu parametrlər düzgün tənzimlənibsə 90% nəticə əldə etmək
mümkündür. Nəticəni 99%-ə qədər artırmaq üçün iki mərhələli təmizləmədən istifadə
edilir.
Təmizləmə qurğusunun texnoloji sxemi aşağıda göstərilmişdir:

