Page 19 - Deeplom
P. 19
19
Distillasiya prosesinin uğurla həyata keçirilməsi düzgün quraşdırmadan və
ilkin işə salmadan asılıdır. Başlamazdan öncə ümumi sistem yoxalmadan keçirilməli-
klapanlar, nəzarət cihaları, təhlükəsizlik cihazları, və bütün mexaniki və elektrik
sistemləri yoxlanmalıdır. Xam neftin distillasiya prosesini aşağıdakı ardıcıllıqla
göstərmək olar:
İlkin işə salmada, xam neftin saxlama tanklarından öz cazibəsi ilə bölməyə
doğru hərəkətini təmin etmək üçün, müvafiq siyirtmələr açılmalıdır. Xam neftin
bölməyə doğru hərəkətinə təkan vermək üçün vurucu qida nasosundan istifadə
edilməlidir. Xam neft ilk öncə qızdırıcı sobadan keçərək müvafiq temperatura qədər
qızdırılr. Sobanın çıxışında təqribi 360 °C temperaturda xam neft almaq üçün
mütəmadi temperatur yoxlanılmalı və uyğun olaraq sobanın yanacaq sərfi
tənzimlənməlidir. Sonra atmosfer distillasiya kalonunun aşağı hissəsinin 50%-i
dolana qədər xam neftin vurulması davam edir və xam neftin sərfi klapan vasitəsilə
idarə edilir.
Distillasiya kalonunda xam neft LPG-propan-butan qarışığı, yüngül qazoyl,
ağır qazoyl, kerosin, yüngül nafta və ağır nafta kimi fraksiyalarına ayrılır. AD
kalonunun yuxarı hissəsindən alımış alçaq qaynama temperaturlu qaz qarışığı əvvəl
kodenserdən keçərək, geri qaytarma çəninə daxil olur.
Atmosferik distillasiya kalonunun texnoloji sxemi aşağıda göstərilmişdir:

