Page 23 - Deeplom
P. 23
23
tərkibindəki yüngül-uçucu birləşmələr buxarla birlikdə ayırıcı kalonun yuxarı
hissəsindən atmosferik distillasiya kalonuna geri qaytarılır. Sonda alınmış fraksiyalar
isə nasos və klapanlar vasitəsilə neft emalı prosesinin növbəti sahələrinə
yönləndirilirlər.
Yuxarıda qeyd olunan izahata uyğun atmosferik distillasiya texnoloji
prosesinin avtomatlaşdırma sxemi aşağıda verilmişdir. Bu avtomatlaşdırma sxemidən
də göründüyü kimi texnoloji prosesin problemsiz həyata keçirilməsi, parametrlərə
nəzarət üçün dörd tip transmiterdən istifadə edilmişdir-sərf transmitterləri, səviyyə
transmitterləri, temperatur və təzyiq transmitterləri. Eləcədə idarəetmə qurğuları kimi
CV-control valve –idarə edilən klapanlarda istifadə edilmişdir.

