Page 22 - Deeplom
P. 22

22


                         Atmosferik  distillasiya kalonunun yuxarı hissəsindən 110-130 °C temperaturda

                  ayrılan  və  çox  hissəsi  (98-99%)  propan-butandan  ibarət  olan  qaz qarışığı CN hava

                  soyuducusundan  keçərək  müəyyən  qədər  soyudulur.  Daha  sonra  temperaturu  aşağı

                  salınmış  propan-butan  qarışığı  refluks  çəninə  yönəldilir.  Refluks  çəninə  daxil  olan

                  propan-butan  qarışığı  burada  soyuq  su  ilə  təmas  edərək  soyudulur  və  bir  hissəsi

                  yenidən  atmosferik  distillasiya  kalonunun  yuxarı  hissəsinə  qaytarılırki  bu  da  kalon

                  daxilindədəki  buxarın  soyuması  və  kondensasiya  etməsinə  köməklik  edir.  Çənin

                  yuxarısına qaytarılan soyudulmuş qaz qarışığının miqdarı çənin orta hissəsindəki TT2

                  temperatur  transmitterinin  göstəricisinə  əsasən  təyin  edilir  və  TCV2  idarə  ediləbilən

                  klapan  vasitəsiə  həyata  keçirilir.  Refluks  çəninin  daxilində  qaz  qarışığının  təzyiqi

                  PT1  təzyiq  transmitteri  vasitəsi  ilə  təyin  edilir  və  təyin  edilmiş  təzyiq  həddindən

                  artıqdırsa qaz qarışığının bir hissəsi məşələ yönəldilir. Məşələ yönəldilən qaz-qarışığı

                  PCV1  idarəedilən  klapan  vasitəsilə  tənzimlənir.  Refluks  çəninin  daxilində  suyun

                  səviyyəsinə  də  nəzarət  edilir.  Bu  nəzarət  LT6  səviyyə  transmitteri  vasitəsi  ilə  həyata

                  keçirilir.  Artıq  su  LCV6  idarə  edilən  klapana  təsir  vasitəsilə  refluks  çəndən

                  kənarlaşdırılır.

                         Atmosfer  distillasiya  kalonunda  əldə  edilən  fraksiyalar  kondensasiya

                  temperaturlarından       asılı   olaraq     kalonun     müxtəlif     hündürlüklərində-boşqab

                  kənarlarında  yığılırlar.  Atmosfer  distillasiya  kalonundan  Nafta,  kerosin,  yüngül

                  qazoyl(dizel) , ağır qazoyl uyğun olaraq 130-140 °C, 140-160 °C, 270-320 °C, 320-


                  380  °C  temperaturlarda  alınırlar.  Boşqab  kənarlarında  fraksiyaların  səviyyələrinə
                  uyğun  olaraq  LT2,  LT3,  LT4,  LT5  səviyyə  transmitterləri  vasitəsilə  nəzarət  həyata


                  keçirilir. Bu transmitterlərdən alınan göstəricilər əsasında fraksiyaların SK - Stripper-
                  ayırıcı  kalonuna  yönləndirilməsi  LCV2,  LCV3,  LCV4,  LCV5  idarəedilən  klapanları


                  vasitəsi ilə həyata keçirilir.

                          Stripper  kalonu  bir  çox  müasir  atmosferik  distillasiya  bölmələrində

                  istifadəedilir. O bir və ya bir neçə ədəd quraşdırıla bilər. Stripper kalonunun vəzifəsi

                  atmosferik  distillasiya  kalonundan  alınmış  fraksiyaların  tərkibində olan uçucu-yüngül

                  birləşmələri onlardan ayırmaqdır. Bunun üçün ayırıcı kalonun aşağı hissəsindən qanar

                  buxar verilir və yuxarı doğru hərəkət edir. Müxtəlif hündürlüklərdə axan fraksiyaların
   17   18   19   20   21   22   23   24   25   26   27