Page 35 - Deeplom
P. 35
35
III. TEXNIKI VASİTƏLƏRİN SEÇİLMƏSİ
Texniki vasitələrin işləyəcəyi əsas parametrlər
Neftin ilkin emalı prosesində-həm təmizləmə bölməsində həm də atmosferik
distillasiya bölməsində gedən texnoloji proseslərdə əsas 4 parametr mövcuddur:
1. Sərf;
2. Səviyyə;
3. Təzyiq;
4. Temperatur.
Texnoloji prosesin məqsədə uyğun şəkildə, minimum kənaraçıxmalarla həyata
keçməsi və keyfiyyətli məhsulun alınması üçün məs bu 4 parametrin düzgün-dəqiq və
vaxtında ölçülməsi tələb olunur. Bu baxımdan bu parametrlərə uyğun texniki
vasitələrin seçimində olduqca diqqətli olmalı, dəqiqlik siniflərinə, ölçmə
diapazonlarına, işləmə şəraitlərinə digər qurğularla uyğunluğuna və.s diqqət yetirmək
lazımdır.
Əlavə olaraq texnoloji prosesin avtomatik idarə edilməsində əsas qurğu olan
PMK-nın- proqramlaşdırlan mətiqi kontrollerin seçilməsində də təkliflərə baxılacaq.
3.1. Prosesdə istifadə ediləcək texniki vasitələr.
Temperatur.Temperaturun tənzimlənməsi üçün, texniki qurğunun daxilindəki
var olan temperatur ölçülməli, məlumat proqramlaşdırılan məntiqi kontrollerə
ötürülməli, alınan məlumatlar emal olunub lazımi idarə əmri tərtib olunmalı, və idarə
etmə klapanına ötürülməidir. Temperaturu ölçmək üçün Endress Hauser firmasının
transmitter başlıqlı Omnigrad M TC10 markalı termometrindən istifadə edilə bilər.
Bu modulyar və gücləndirilmiş termometr müxtəlif sənayelərdə tətbiq edilə bilər.
Əsasən bizim araşdırdığımız neftin ilkin emalı prosesindəki təmizləmə qurğusu və
atmosferik distillasiya kalonu kimi qurğularda istifadəsi daha əlverişli hesab edilə
bilər. Üzərində yerləşdirilmiş transmitter vasitəsilə bütün rəqəmli kommunikasiya

