Page 40 - Deeplom
P. 40
40
Sərf. Hal-hazırda sənayenin bütü uyğun sahələrində sərfin ölçülməsi ən tələbatlı
məsələdir. Hal-hazırda sərfin ölçülməsi üçün müxtəlif prinsiplərlə işləyən texniki
vəsaitlərdən istifadə edilir. Bunlardan ən geniş istifadə olunnanı Koriolis tipli
sərföıçənlərdir. Endress Hauser-in Proline Promass F 300 sərfölçəni də məs bu
prinsiplə işləyir. Koriolis prinsipini qısa şəkildə bu cür izah etmək olar: Sərfölçənin
daxilində polimer-teflon boru yerləşdirilmişdir. Bu boru xüsusi tərpədici vasitəsi ilə
hərəkətə gətirilir. Borunun daxilindən maye və ya qaz axını olmadıqda hərəkət sabit
şəkildə davam edəcəkdir. Borunun daxilindən maye və ya qaz axını hərəkətə
başladıqda teflon borunun hərəkətidə bundan təsirlənəcək. Beləliklə borunun iki ucu
biri-birinə əks istiqamətlərdə hərəkət edəcəkdir. Borunun hər iki ucunun yanında
xüsusi sensorlar yerləşdirilmişdirki onlar borunun uclarının hərəkətini qeyd eləyir.
Borunun iki ucunun biri-birinə nisbətən əks istiqamətlərdə hərəkəti bu sensorlar
tərəfindən fəza sürüşməsi kimi qeydə alınacaqdır Bu da öz növbəsindəaxan maye və
ya qazın sərfi ilə əlaqədardır. Proline Promass F 300-ün xüsusiyyətlərini nəzərdən
keçirək:
Prosesin yüksək təhlükəsizliyi-sərt və titrəyişli mühitlərə davamlılıq;
Sərfin, sıxlığın, temperaturun ölçülə bilməsi;
Yığcamlılıq;
Proses barədə informasiyaya tam müraciət, müxtəlif sahə şinləri ilə işləmə
bacarığı;
İşləmə göstəriciləri:
Sərfin ölçülməsindəki xəta: ±0.05%;
İşləmə temperaturu: -196-350 °C;
Toxunuşlu displey və simsiz şəbəkə.
Proline Promass F 300-ün real görünüşü aşağıda göstərilmişdir:

