Page 37 - Deeplom
P. 37

37


                  Təzyiq.  Baxdığımız  nümunə  texnoloji  proseslərdə  iki  növ  təzyiq  texniki  vasitələri

                  tələb olunur:  Təzyiqin ölçülməsi və təzyiq düşgüsünün ölçülməsi.

                         Təzyiqin      ölçülməsi      üçün      Endress       Hauser-in      Cerabar      PMC71

                  tiplitransmitterindən  istifadə  oluna  bilər.  Cerabar  PMC71  yağsız  keramik  sensorlu

                  transmitterdir və qaz və maye mühitlərdə təzyiqin dəqiq ölçüsünü təmin edir. Cerabar

                  PMC71  iş  prinsipi  keramika  ilə  əhatə  edilmiş  elektrik  tutumunun  dəyişməsinə

                  əsaslanır.  Beləki  qaz  və  ya  maye  mühit  keramik  lövhəyə  təsir  göstərdiyi  anda

                  tutumun  daxilindəki  dielektrik  sahəsi  dəyişir  və  buda  öz  növbəsində  tutumun

                  dəyişməsinə  gətirib  çıxarır.  Cerabar  PMC71-nin  tez  quraşdırıla  bilməsi  və  ölçmə

                  hədlərinin  tez  və  asanlıqla  sazlana  bilməsi  həm  pula  həm  də  vaxta  qənaət  etməyə

                  imkan verir.  Cerabar PMC71-nin ən əsas xüsusiyyətlərini  aşağıda sadalayaq:



                        Vakum  mühitlərdə  tətbiq  üçün  imkanın  olması  və  karroziyaya  və  abraziyaya

                         davamlı olması;

                        HistoROM  verilənlərin  idarə  olunması  konsepti  sürətli  və  sadə  şəkildə

                         istismara, qulluğa və diaqnostikaya imkan yaratması;

                        Sadə izahlı menü ilə  təmin edilmiş yerli  displeylə istismar;

                        4mA-20Ma  ilə HART, PROFİBUS PA, FOUNDATİON  Fieldbus dəstəyi;

                        Çox şaxəli manifoldlarda  istifadə edilə  bilməsi;

                        Ölçmə həddi: 10kPa-4130kPa;


                        Dəqiqlik:  ±0.05%, “Platinium”  ±0.025%;
                        SIL2 / 3e qədər olan və IEC 61508 sertifikatlı  qaz keçirməyən bəsləmə


                         sayəsində ən yüksək təhlükəsizlik;
                        Partlayışa qarşı beynəlxalq  sertifikatlar  və dənizdə istifadə edilə  bilməsi.


                  Cerabar PMC71-ni Refluks çənində qazqarışığının təzyiqini ölçmək üçü istifadə edilə

                  bilər. Cerabar PMC71-in şəkilləri  aşağıda verilmişdir:
   32   33   34   35   36   37   38   39   40   41   42