Page 16 - Diplom işi
P. 16
Şəkil 2.1 Duzsuzlaşdırma bölməsinin struktur-idarəetmə diaqramı:
N-nasoslar, İD-istilik dəyişicilər, FT-sərf transmitterləri, PT-təzyiq transmitterləri, LT-səviyyə
transmitterləri, TT-temperatur transmitterləri, MV-qarışdırıcı klapan.
Şəkildən də göründüyü kimi struktur-idarəetmə sxemində rezervuarlar, boru xətləri,
texniki qurğular tranmitterlər prosesin gedişatına uyğun olaraq göstərilmişdir.
Duzsuzlaşdırma qurğusunun daxilindəki temperaturun tənzimlənməsi
Duzsuzlaşdırma qurğusunun daxilndə temperatur, qaynar buxarın borular
vasitəsilə qurğuya daxil olması ilə təmi edilir. Qaynar buxar, digər sahələr və ya emal
qurğurğularından artıq qalan, istifadə edilməyən buxardır. Prosesin normal irəliləməsi
üçün, xam neftin ağırlığından, sıxlığından və tərkibindəki qarışıqlarıların nisbətidən
asılı olaraq temperaturun 50 °C və 150 °C arasında dəyişməsi tələb olunur.
Temperaturun tənzimlənməsi üçün, texniki qurğunun daxilindəki var olan
temperatur ölçülməli, məlumat proqramlaşdırılan məntiqi kontrollerə ötürülməli,
alınan məlumatlar emal olunub lazımi idarə əmri tərtib olunmalı, və idarə etmə
klapanına ötürülməidir. Temperaturu ölçmək üçün Endress Hauser firmasının
Omnigrad M TC10 markalı termometrindən istifadə edilə bilər. Bu modulyar və