Page 15 - Diplom işi
P. 15
II. NEFT EMALI PROSESİNİN PARAMETRLƏRİNƏ NƏZARƏT VƏ
OPTİMALLAŞDIRMA
2.1. Duzsuzlaşdırma qurğusunda əsas parametrlərə nəzarət
Əvvəlki fəsildə qeyd etdiyim kimi duzsualaşdırma prosesində nəzarət edilməli
sas parametrlər aşağıdakılardır:
Duzsuzlaşdırma qurğusunun daxildəki temperatur;
Qurğunun daxildə suyun səviyyəsi;
Qurğunun dibindəki suspenziya çöküntüsünün səviyyəsi;
Qarışdırıcı klapandakı təzyiq düşgüsü;
İstifadə edilən suyun həcmi;
Deemulqatorun nisbəti.
Duzsuzlaşdırma qurğusunun normal iş rejimində fealiyyət göstərməsini təmin etmək
üçün, bu parametrlərə daimi nəzarət edilməli və lazım olduqda tənzimlənməlidir.
Texniki prosesin struktur-idarəetmə diaqramının qurulması
İstənilən texniki prosesin avtomatlaşdırılmasından-idarəetmə sisteminin
qurulmasından öncə, texniki proses dəyişənləri, nəzarət olunmalı parametrlərin sayı
müəyyən edilməlidir. Nəzarət edillməli olan parametrlər əsasən bunlardır:
temperatur,təzyiq,sərf və səviyyə. Bu parametrlərin dəqiq sayı və ölçünün aparılacağı
yer müəyyən edildikdən sonra texniki prosesin idarəetmə-struktur diaqramı
qurulmalıdır. İdarəetmə diaqramında adətən standart prosesə daxil olan
çənlər,borular,sobalar,kalonlar və digər qurğuların prosesin gedişatına uyğun şəkildə
yerləşməsi göstərilir. Bunlardan əlavə müəyyən edilmiş parametrlərə nəzarət üçün
istifadə ediləcək vericilər və açılıb-bağlanma və idarəetmə klapanlar da bu diaqramda
göstərilir. Duzsuzlaşdırma bölməsinin idarəetmə diaqramını aşağıdakı kimi quraq.