Page 12 - Diplom işi
P. 12

1.2 Atmosfer distillasiya kalonu və parametrləri
                                                                1.3


                         Xam  neftin  distillasiyası  adətən  ya  atmosfer  təzyiqi  altında  ya  da  vakumda

                  aparılır.  Alçaq  qaynama  temperaturlu  fraksiyalar  adətən  400  °C-dən  aşağı

                  temperaturda buxarlanırlar. Bu səbəbdə bütün alçaq qaynama temperaturlu fraksiyalar

                  atmosfer təzyiqi altında distillasiya edilirlər. Xam neft təmizləmə qurğusundan 250 °C-

                  260  °C  temperaturla  gəlir  və  qızdırıcı  sobada  350  °C-360  °C-ə  qədər  qızdırılır.

                  Distillasiya  kolanuna  daxil  olan  yüksək  temperaturlu  xam  neftin  fraksiyaları  biri-

                  birindən buxarlanma temperaturlarına görə fərqlənirlər. Bu xüsusiyyət də müxtəlif neft

                  məhsullarının biri-birindən qızdırılaraq ayrılmasına imkan verir.


                         Bunlardan əlavə olaraq kalonun aşağı hissəsində qaynama temperaturu 420 °C-

                  dən yuxarı olan qalıq məhsul alınır. Bu məhsul asfalt adlanır və bunda kokslaşma,

                  hidrokrekinq prosesləri əsasında qazolin, dizel, yanacaq nefti almaq mümkün olur.


                         Atmosfer distillasiya kalonu slindr şəkillidir və içərisində hündürlük boyunca

                  boşqablar yerləşdirilmişdir. Əsasən ADK-larında 30-a yaxın boşqab olur.Bu boşqablar

                  buxarlanmış fraksiyaların yuxarı doğru hərəkətinə və kondensasiya etmiş fraksiyaların

                  yenidən, aşağı doğr həkətinə imkan

                  yaradır.



















                     Şəkil 1.4. AD kalonunun daxili
                                  quruluşu
   7   8   9   10   11   12   13   14   15   16   17