Page 8 - Diplom işi
P. 8
Şəkil. Bir barrel xam neftdən alınan əsas məhsullar
Xam neftin emal prosesinin baçlanğıcı təmizləmə əməliyyatıdır. Təmizləmə
dedikdə xam neftin tərkibinə qarışmış qum, duz və digər hissəciklərin neftdən
ayrılması nəzərdə tutulur bundan sonra. Bundan sonra neft emal prosesinə göndərilir.
Qısaca hər bölmənin hansı əməliyyatı yerinə yetirdiyinə baxaq:
- Distillasiya bölməsi (Atmosfer distillasiya): Təmizlənmiş xam nefti müxtəlif
fraksiyalara distillasiya edərək onu digər bölmələrə göndərir.
- Vakum distillasiya bölməsi: Atmosfer kolonunun aşağısından alınan qalıqları
distillasiya edir. Buradakı distillasiya atmosfer təzyiqindən aşağı təzyiqdə
aparılır.
- Nafta hidrotretinq: Xam neftin distillasiyası bölməsindən və digər bölmələrdən
əldə ediən nafta fraksiyasını hiddrogen vasitəsilə kükürddən ayrılması.
- Katalitik reforminq: Reformat əldə etmək üçün kükürdsüzləşdirilmiş nafta
molekullarını yüksək oktanlı molekullara çevirir. Bu reformat qazolin almaq
üçün istifadə edilir.
- Alkilləşmə bölməsi: İzobutan və butilini alkillata çevirir, o da qazolinin
alınmasında istifadə edilən yüksək oktanlı komponentdir.
- İzomerləşmə bölməsi: Xətti quruluşlu molekulları, məsələn normal pentanı
yüksək oktanlı şaxələnmiş molekullara çevirir. Həmçinin xətti molekul