Page 5 - Diplom işi
P. 5

GİRİŞ




                         Neft emal həyatımızda mühüm rol oynayır. Bir çox nəqliyyat vasitələri emal
                  olunmuş neft məhsullarıyla-benzin, kerosin, dizel ilə işləyir. Xam mal şəklində neftin


                  dəyəri  çox  azdır,  lakin  emal  olunduqda,  ondan  yüksək  qiymətlərə  malik  maye
                  yanacaqlar, yağlar, aşındırıcı maddələr və başqa məhsullar alınır. Neftdən aəldə olunan


                  yanacaq ümumi dünya enerji təminatının təxminən 1/3-1/5 hissəsini təşkil edir və təkcə
                  nəqliyyat vasitələrində yanacaq kimi deyil həmçinin qızdırma sistemlərində də istifadə


                  edilir. Neft məhsullarının istifadə yerləri müxtəlifdir və qazlar və maye yanacaqlardan

                  qatı maşın yağlarına qədər bu yerlər dəyişir. Əlavə olaraq, bir çox emal proseslərindən

                  qalıq olan mazut indi çox dəyərli məhsul hesab edilir və yolların çəkilməsində, dam

                  örtüklərində və müxtəlif suyadavamlı sistemlərdə istifadə olunur.


                         Xam neft maye və qaz qarışığı olmaqla dünya üzrə yerin dərin süxur qatlarında

                  rast  gəlinir.  Xam  neftin  tərkibində  təbii  olaraq,  əsasən  maye  şəklində  olan

                  korbohidrogenlər  yerləşir.  Bunlardan  əlavə  olaraq  xam  neftin  tərkibində  həmçinin

                  kükürd, oksigen, metallar, və digər elementlər qarışıq şəklində mövcuddur. Bunlara

                  əsasən xam neftə belə tərif də vermək olar, neft, karbohidrogenlərin, qaz¸maye, və bərk

                  fazalarda təbii olaraq rast gəlinən formasıdır.


                         Ümumən, neft emalı 5000 ilə qədər tarixi olduğu düşünülür; o zamanlar neft

                  sızıntısı  olan  yerlərdən  qalıq  materiallar  və  yağlar  ayırılıb  götürülürdü.  Qalıq

                  materialların  açıq  havada  bərkidilməsi,  yağların  lampalarda  istifadəsindən  öncə

                  tərkibindəki uçucu maddələrin kənarlaşdırılması bir növ emal prosesi hesab edilə bilər.

                  Hal-hazırda bildiyimiz kimi  neftin emalı prosesi ən son elmə və 20-inci əsrdə inkişaf

                  etdirlmiş texnologiyalara əsaslanan bir çox proseslərin mürəkkəbəsi şəklində həyata

                  keçirilir.


                         Qısaca, neft emalı, neftin fraksiyalarına ayırma və bu fraksiyalara sonrakı təsirlər

                  nəticəsində  bazar  məhsullarının  əldə  edilməsi  prosesidir.  Emal  bir  çox  zavod

                  sahələrində aparılır və bu sahələr biri-birindən istehsal edilən məhsula görə fəqlənir.

                  Aparılan prosesdə istehsal olunan məhsullar tələbata uyğun olmalır və bazara tələb
   1   2   3   4   5   6   7   8   9   10