Page 10 - Diplom işi
P. 10
Şəkil 1.2 Bir mərhələli təmizləmə qurğusu.
Təmizləmə prosesinin effektiv nəticə verməsi üçün aşağıdakı parametrlər
tənzimlənməlidir:
Təmizləmə qurğusunun daxildəki temperatur: Ayrılmanın nisbəti xam neftin
sıxlığından və özlülüyündən asılıdır. Temperaturun artırılması sıxlığı və
özlülüyü azaltdığından, ayrılmada temperatur artdıqca artır. Adətən təmizləmə
qurğusunundakı temperatur 50 və 150 °C arasında dəyişir.
Təmiz suyun nisbəti: Xam neftə suyun əlavə edilməsi duzları kənarlaşdırmağa
kömək edir. Bu səbəbdən suyun miqdarı artdıqca birləşmənin nisbətini də artırır.
Təmizləmə qurğusunun temperaturundan asılı olaraq, minimum həcm istifadə
edilməlidi. Adətən istifadə edilən neftin 7-8%-i həcmində su götürülməlidir.
Qurğunun daxilində suyun səviyyəsi: Suyun səviyyəsi artdıqca su damlalarının
neftdə həll olması tezləşir, bu da təmizləmənin effektivliyini artırır. Lakin, suyun
səviyyəsi həddindən çox artdıqda, o aşağı elektroda çatır və qurğunu qısa
qapayır. İlkin elektrik sahəsinin qiyməti su-neft fazası ilə aşağı elektrod
arasındakı məsafədən asılı olduğundan, suyun səviyyəsini stabil saxlamaq tələb
olunur.