Page 9 - Diplom işi
P. 9
quruluşlu normal butanı, alkilləşmə bölməsində istifadə üçün nəzərdə tutulmuş
izobutana çevirmək üçün də istifadə olunur.
- Hidrotretinq bölməsi: Bu bölmə, distillasiya bölməsindən alınan digər
fraksiyaları hidrogen vasitəsilə kükürddən azad etmək üçün nəzərdə tutulub.
- Maye katalitik krekinq bölməsi: Xam neftin distillasiya bölməsindən əldə
edilən ağır və yüksək qaynama temperaturlu fraksiyaları, daha yüngül və aşağı
qaynama temperaturlu fraksiyalara çevirərək, daha qiymətli məhsullar əldə
edilir.
- Hidrokrekinq bölməsi: Hidrogendə istifadə edərək, atmosfer distillasiya və
vakum distillasiya bölmələrindən alınan ağır fraksiyaları daha yüngül və
qiymətli məhsullara çevirir.
1.2 Təmizləmə qurğusunun quruluşu və parametrlər
Xam neftdən duzları, qumu və digər hissəcikləri kənarlaşdırmaq üçün təmizləmə
qurğusundan istifadə edilir. Tipik təmizləmə qurğusu iki metal elektroddan ibarət olur.
Effektiv nəticə əldə etmək üçün burada iki növ elektrik sahəsi yaradılmalıdır:
İki elektrod arasında 1000V/sm yüksək gərginlik tətbiq etməklə “İkinci sahə”
adlanan sahə yaradılır. Su damlalarının ionlaşması və birləşmə burada baş verir.
İlkin sahə 600V/sm gərginlikdə olur və su-neft fazası ilə aşağı elektrod arasında
yaranır. Bu sahə su damlalarının tez yerləşməsinə yardım edir.
Bu cür dizayn edilmiş qurğu bir mərhələli təmizləmə qurğusu adlanır və 90%
nəticə əldə etməyə imkan verir. Bundan başqa iki mərhələli təmizləmə qurğusu ilə
99%-ə qədər nəticə əldə etmək mümkündür.