Page 7 - Diplom işi
P. 7
I . NEFT EMALI PROSESİNİN ÖYRƏNİLMƏSİ VƏ TƏDQİQİ
1.1 Neft emalı prosesinin əsas elementləri
Qeyd etdiyimiz kimi neft emalı prosesi kifayət qədər mürəkkəb və mərhələli bir
prosesdir. Bu mərhələlər, bu zaman gedən kimyəvi proseslərdən, alınan əsas və aralıq
məhsullardan asılı olaraq müxtəlif növlərə ayrılır və qruplaşdırılırlar. Müasir neft emalı
sənayesinin gedişatındakı əsas prosesləri aşağıdakı sxemdə nəzərdən keçirdək.
Şəkil 1.1 Neft emalı prosesinin gedişatının əsas elementləri
Dünya üzrə xam neftin ticarətini asan şəkildə həyata keçirmək üçün qəbul
edilmiş standart həcm ölçüsü barreldir.Bir barrel 159 litrə bərabər götürülür.Bir barrel
xam neftin emalı zamanı alınan əsas məhsulları aşağıdakı şəkildə göstərmək olar.