Page 14 - Diplom işi
P. 14
klapanlar, nəzarət cihaları, təhlükəsizlik cihazları, və bütün mexaniki və elektrik
sistemləri yoxlanmalıdır. Xam neftin distillasiya prosesini aşağıdakı ardıcıllıqla
göstərmək olar:
İlkin işə salmada, xam neftin saxlama tanklarından öz cazibəsi ilə bölməyə
doğru hərəkətini təmin etmək üçün, müvafiq siyirtmələr açılmalıdır. Xam neftin
bölməyə doğru hərəkətinə təkan vermək üçün vurucu qida nasosundan istifadə
edilməlidir. Xam neft ilk öncə qızdırıcı sobadan keçərək müvafiq temperatura qədər
qızdırılr. Sobanın çıxışında təqribi 360 °C temperaturda xam neft almaq üçün
mütəmadi temperatur yoxlanılmalı və uyğun olaraq sobanın yanacaq sərfi
tənzimlənməlidir. Sonra atmosfer distillasiya kalonunun aşağı hissəsinin 50%-i dolana
qədər xam neftin vurulması davam edir və xam neftin sərfi klapan vasitəsilə idarə
edilir.Distillasiya kalonunda xam neft LPG-propan-butan qarışığı, yüngül qazoyl, ağır
qazoyl, kerosin, yüngül nafta və ağır nafta kimi fraksiyalarına ayrılır. AD kalonunun
yuxarı hissəsindən alımış alçaq qaynama temperaturlu qaz qarışığı əvvəl kodenserdən
keçərək, geri qaytarma çəninə daxil olur.