Page 50 - XALÇA MEMUL._maket az-en
P. 50

XALÇA MƏMULATLARI









       50                                                             Dəvəçilik əsrlər boyu isti Şərq ölkələri xalqlarının
                                                                   təsərrüfat məişətində mühüm yer tutmuşdur. Azər­
         CARPET PRODUCTS                                           Asiya vasitəsilə keçmişdir. Azərbaycanda dəvəçiliyin
                                                                   baycan ərazisinə dəvə ilk dəfə  ehtimal ki, Mərkəzi

                                                                   tarixi hələlik e.ə. II minilliyin sonu – I minilliyin əv­
                                                                   vəllərinə aiddir. Bunu qədim Mingəçevirdən aşkar
                                                                   edilən dəvə sümüyü və Füzuli rayonu ərazisindən ta­
                                                                   pılan iki dəvə skeleti təsdiq edir .
                                                                                               1
                                                                      Dəvəçilik Azərbaycanın ən çox düzən rayonların­
                                                                   da inkişaf etmiş və dəvə əhalinin əsas nəqliyyat va­
                                                                   sitələrindən biri olmuşdur.
                                                                      Bu yaxınlara qədər bayram və el şənliklərində
                                                                   dəvələrin möhtəşəm və təntənəli görünməsi üçün on­
                                                                   ları başdan­ayağa bəzəyərdilər. Eyni zamanda, im­
                                                                   kanlı ailələrin xanımları bu cür bəzədilmiş dəvələrdə
                                                                   gəzərdilər. Həmin bəzək cahaz adlandırılırdı. Dəvə
                                                                   cahazlanarkən əvvəlcə belinə çul qoyulur, çulun yarı­
                                                                   ğı dəvənin hürgücünə keçirilir, onun üstündən kapan
                                                                   hürgücə geydirilir, üstünə cahaz qoyulur, üzərinə ör­
                                                                   tük sərilir, örkənlə sarınırdı. Həmçinin dəvənin başını
                                                                   da bəzəyirdilər.
                                                                      Bəzək kimi istifadə edilmiş müxtəlif rəngli qotaz­
                                                                   lar cahazlara xüsusi gözəllik verir. Dəvə başlığının
                                                                   bəzədilməsində  zınqırovlardan  da  istifadə  edilirdi.
                                                                   Onun vasitəsilə karvanın ön və arxa hissələri arasın­
                                                                   da bir növ əlaqə yaradılırdı. Zınqırov həm də dəvəni
                                                                   ətraf səslərdən yayındırmaq funksiyasını daşıyırdı.
                                                                      Dəvə bəzəyi Azərbaycanın əsasən Şirvan, Muğan,
                                                                   Mil və Qarabağ bölgələrində toxunulurdu. Onu Kəl­
                                                                   bəcər rayonunda “ley” adlandırırdılar. Hər bölgədə
                                                                   hazırlanan dəvə başlıqları bədii və texniki xüsusiy­
                                                                   yətlərinə görə bir­birindən fərqlənirdi.
                                                                      Dəvə başlığının nadir nümunələrindən 9 ədədi
                                                                   hal­hazırda muzeyimizin kolleksiyasında saxlanı­
                                                                   lır. XIX əsrin sonu – XX əsrin əvvəllərində Şirvanda
                                                                   toxunmuş bu nümunələr əsasən əlvan rənglərdə olub,
                                                                   keçə, parça və cecimdən hazırlanmış, üzəri kauri
                                                                   (balıqqulağı), güzgü, pilək və at quyruğu ilə bəzədil­
                                                                   mişdir. Dəvə başlığının bu cür bəzək əşyaları ilə bəzə­
                                                                   dilməsi inanclarla bağlı olub, bədnəzərdən, şər qüv­
                                                                   vələrdən qorunmaq məqsədini daşıyırdı.





                                                                   1  Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya
                                                                     İnstitutu. Azərbaycan etnoqrafiyası. Bakı­2007. Cild 1, səh. 290
   45   46   47   48   49   50   51   52   53   54   55