Page 17 - shehidler
P. 17

Hidayətov Əli Rəşid oğlu – 29 iyul 1960-cı
                                                               ildə Kürdəmir rayonunun Şilyan kəndində
                                                               anadan olub. 1993-cü ilin may ayında Milli
                                                               Ordunun tərkibinə daxil olub. Əli Hidayətov
                                                               əsgəri rəşadətinə görə Respublika
                                                               Prezidentinin fərmanı ilə “Azərbaycan
                                                               Bayrağı” ordeni ilə təltif olunub. 28 0ktyabr
                                                               1994-cü ildə Ağdərə rayonunda gedən
                                                               döyüşlərdə şəhid olub. Əlinin məzarı
                                                               Kürdəmir rayonunun “Şəhidlər
                                                               xiyabanı”ndadır.





















                                                                Həsənov Hamlet Tahir oğlu – 25 mart 1966-
                                                               cı ildə Füzuli rayonunun Mirzəcamallı
                                                               kəndində anadan olmuşdu. Hamlet polis
                                                               bölüyü komandiri idi. Aylarla Şuşa, Laçın,
                                                               Kəlbəcər, Ağdam, Qubadlı, Fizuli
                                                               rayonlarında  ezamiyyətdə olub, axırıncı dəfə
                                                               cəbhəyə könüllü yola düşüb qanlı döyüşlərdə
                                                               iştirak etmişdir. 23 avqust 1993-cü ildə Füzuli
                                                               rayonunun Qaraxanbəyli kəndində gedən ağır
                                                               döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.
                                                               Hamlet Həsənovu Kürdəmir “Şəhidlər
                                                               xiyabanı”nda dəfn etmişlər.
   12   13   14   15   16   17   18   19   20   21   22