Page 19 - shehidler
P. 19

Şirəliyev Fuad Habil oğlu – 26 avqust 1999-
                                                               cu ildə Kürdəmir şəhərində anadan olub.
                                                               Kürdəmir hərbi komissarlığının çağırışı ilə
                                                               vətən uğrunda döyüşlərə qatılıb. 27 dekabr
                                                               2018-ci ildə Daşkəsən rayonunda şəhid olub.
                                                               Şirəliyev Fuadın məzarı Kürdəmir rayonunun
                                                               “Şəhidlər xiyabanı”ndadır.



























                                                               Qəribov Pəhli Xaləddin oğlu – 17 sentiyabr
                                                               1993-cü ildə Kürdəmir rayonunun Xırdapay
                                                               kəndində anadan olub. Vətən müharibəsində
                                                               könüllü olaraq cəbhəyə yollanan Pəhli
                                                               Qəribov 44 günlük müharibənin ilk günündən
                                                               cəbhənin Füzuli istiqamətində Xocavəndin,
                                                               Füzulinin, Cəbrayılın, Şuşanın işğaldan azad
                                                               olunmasında fəal iştirak etmişdi. 8 noyabr
                                                               2020-ci il tarixdə Şuşa uğrunda gedən ağır
                                                               döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 11
                                                               noyabr 2020-ci il tarixində Pəhli Qəribov
                                                               Kürdəmir rayon Şəhidlər xiyabanında dəfn
                                                               edilir. Pəhli Xaləddin oğlu Qəribov ölümündən
                                                               sonra Azərbaycan  Respublikasının
                                                               Prezidenti İlham Əliyevin müvafiq sərəncamı
                                                               ilə “Vətən uğrunda”, “Şuşanın azad
                                                               olunmasına görə”, “Füzulinin azad
                                                               olunmasına görə”, “Xocavəndin azad
                                                               olunmasına görə” və “Cəsur döyüşçü”
                                                               medalları ilə təltif olunub.
   14   15   16   17   18   19   20   21   22   23   24